banner
banner

Sosİal

Uşaqlar ona görə dəcəllik edir ki...

Uşaqlar ona görə dəcəllik edir ki...
Türkiyəli uşaq psixoloqları müəyyənləşdirib ki, 3-11 yaşlı uşaqların valideynlərinin sözünə qulaq asmaması, onları incitməsi daha çox onların diqqət çəkmək cəhdi ilə bağlıdır. 

Xüsusən anaların iş qadını olduğu bu zamanda uşaqlar onlardan “oğurlanan” vaxta görə mübarizə aparırlar. Psixoloqlar müəyyən edib ki, uşaqlar bu cür asi davranışları ilə analarının onlar barədə daha çox düşünməsinə nail olmaq istəyir. 

Araşdırmaya rəhbərlik edən psixoloq Nadir Özdilek açıqlayıb ki, analar məhz uşaqlarının əcaib hərəkətlərindən sonra sanki silkələnir: “Analar məhz bu zaman uşaqlarına az vaxt ayırdıqlarının fərqinə varır və onların tərbiyəsinə, davranışına xüsusi diqqət ayırır. Amma uşaq bunu daim təkrarlayırsa, onu psixoloq yanına aparmaq lazımdır”.  
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.