banner
banner

Dünya

Astanada rəsmi Dəməşqlə müxalifət arasında birbaşa danışıqlar keçirilməyib

Astanada rəsmi Dəməşqlə müxalifət arasında birbaşa danışıqlar keçirilməyib
Astanada rəsmi Dəməşq və müxalifət arasında birbaşa danışıqların keçirilməsini təmin etmək mümkün olmayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev bildirib.
 
“Buna baxmayaraq tərəflər bir araya gəldi, ən əsası kəskin bəyanatlar verməkdən çəkindilər. Bu artıq müsbət haldır. Astanada keçirilən görüşün formatı danışıqların keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə imkan yaradır”, deyə A.Lavrentyev qeyd edib.
 
Bu gün Astanada Suriya münaqişəsinin həlli üzrə ikigünlük  danışıqlar başlayıb. Danışıqlarda Suriyanın hökumət və müxalifət nümayəndələri, habelə Rusiya, Türkiyə, İran və ABŞ təmsilçiləri, eləcə də BMT-nin münaqişə üzrə xüsusi elçisi iştirak edir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.