Oqtay Şirəliyevə üz tutan rayon sakinlərinə icra başçısının müavini İlham Quliyev 10-20 manat verib geri qaytarır
Saatlı rayonuna səfər edib, şikayətçilərlə görüşmək istəyənlərin qarşısını almaq üçün yerli İcra Hakimiyyəti bir neçə metod kəşf edib.
Məlumata görə, icra başçısı Siraqəddin Cabbarovun təlimatı əsasında bu işlər onun birinci müavini İlham Quliyevə həvalə edilib. Ki, müavin də indiyə qədər bir neçə nazirin qəbuluna gələnləri bir şəkildə yola verə bilib.
Bildirək ki, bir müddət əvvəl Saatlıya səfər etmiş nəqliyyat naziri Ziya Məmmədov və təhsil naziri Mikayıl Cabbarovun qəbuluna gələnləri İcra Hakimiyyətinin işçilərinin əliylə qapıdan qovmağa nail olan İlham Quliyev, bu gün nazir Oqtay Şirəliyevə şikayətçi düşənləri geri göndərmək üçün yeni üsula əl atıb.
Verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev hazırda Saatlı rayonundadır və rayonun Mərkəzi Xəstəxanasında şikayətçiləri qəbul etməkdədir. O şikayətçiləri ki, onların hamısı İcra Hakimiyyətinin adamlarıdır və ancaq razılıq edirlər. Problemlərdən danışmaq istəyənlər isə qapıdaca elə Saatlının baş həkimi və icra başçısının birinci müavini İlham Quliyev tərəfindən qarşılanaraq, 10-20 manat pul verilərək, geri göndərilir. Bu təkliflə razılaşmayanlar isə məcburi qaydada nazirin oturduğu binaya yaxın buraxılmır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.