banner
banner

Dünya

Avropada havaların soyuması qaçqın uşaqların vəziyyətini pisləşdirib

Avropada havaların soyuması qaçqın uşaqların vəziyyətini pisləşdirib
Şaxtalı havalar Avropada qaçqın və miqrantların, eləcə də, uşaq və yeniyetmələrin həyat şəraitinin pisləşməsinə gətirib çıxarıb.
 
"Report" xəbər verir ki, təkcə Yunanıstan və Balkan ölkələrində 24 min uşaq qeydiyyat növbəsindədir.
 
Ekspertlər qeyri-müəyyən vəziyyətin uşaq psixikasına mənfi təsir göstərə biləcəyinə dair xəbərdarlıq edirlər və sosial işçiləri ayıq-sayıq olmağa çağırırlar.
 
"Söhbət təkcə soyuqdan donmuş uşaqlar üçün isti ayaqqabından getmir. Uşaqlar bürokratik prosedurların qurbanı olurlar, buna görə onlar aylarla "asılı" vəziyyətdə qalırlar. Və bu onların psixikasına çox böyük təsir göstərir", - deyə UNİCEF-in əməkdaşı Sara Krou bildirib.
UNİCEF əməkdaşları uşaqlı ailələrə köməklik göstərməyə çalışırlar. Onlar hazırda isidilməyən çadırlardan mehmanxana və yataqxanalara köçürülüblər, bəzilərini Yunanıstanın materik hissəsinə aparmaq mümkün olub.
 
UNİCEF xatırladır ki, uşaqların təqribən 17 faizi Avropaya böyüklərin müşayiəti olmadan gəlirlər.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.