banner
banner

Gündəm

Uşaqların qəyyumluğa götürülməsinə problem var - AÇIQLAMA

Uşaqların qəyyumluğa götürülməsinə problem var -

"Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub".

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı komitənin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, belə bir qanun layihəsinin hazırlanması sosial sifarişdir:

"Artıq layihə üzərində işlər yekunlaşıb. Hazırda hökumətin qərarını gözləyirik".

A.Naxçıvanlı qeyd edib ki, son zamanlar yeniyetmələr arasında intihar hallarının artması narahatlıq yaradır:

"Uşaqlara qarşı təcavüz hallarının artması da günün mövzusudur. Yaxud da uşaqların qəyyumluq məsələsi də bu gün problemə çevrilib. Misal olaraq, komitəyə yalnız bir həftə ərzində bununla bağlı 4-5 mürcaiət olub. Deyirlər ki, körpəni 1 yaşında olarkən uşaq evindən götürmüşük, lakin bu gün onun 4 yaşı var. Deyirlər ki, bununla belə onu qəyyumluğa götürə bilmirlər. Bu sahədə olan mövcud qanunvericiliyin icrasında boşluqlar olduğundan sadalanan problemlər gündəmə gəlir".

O vurğulayıb ki, qeyri-rəsmi nikahların da sayında artım müşahidə olunur: "Sığınacaqda olan qadınların əksəriyyəti bu problemlə üzləşir. Ona görə də qanunvericilik bazasının möhkəmlənməsinə ehtiyac var".

A.Naxçıvanlı eyni zamanda, komitənin 2016-cı il payız sessiyası dövründə görülən işlər barədə də məlumat verib.

O bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib:

“Bu iclaslarda 4 məsələ, o cümlədən 4 qanun layihəsi geniş müzakirə edilib. Bu qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Eyni zamanda vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə 283 vətəndaşın müraciəti daxil olub, həmin müraciətlərin 130-u tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Həmçinin komitə sədri tərəfindən Milli Məclisdə 42 nəfər vətəndaş qəbul edilib.

Komitəyə daxil olan şikayətlərə nəzər yetirdikdə görürük ki, problemlər yenə də eyni olaraq qalır. Yenə də torpaq sahəsi istəmək, ev və ya uşaq problemləri, boşanma, eləcə də qadınlara qarşı zorakılıq halları qalır".

Müzakirələrin sonunda payız sessiyası dövründə komitənin gördüyü işlər və bu ilin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.