banner
banner

Gündəm

Özünü öldürən psixoloqun son məktubu tapıldı

Özünü öldürən psixoloqun

Psixoloq Dəyanət Rzayev intihardan öncə məktub yazıb.

Ailə üzvlərinin Lent.az-a verdiyi məlumata görə, psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb.

Belə ki, oğlu davamlı telefon zənglərinə cavab vermədiyindən qonşuluqda yaşayan anası onun evinə gəlib.

O, digər ailə üzvlərinin köməyi ilə qapını qıraraq evə girib və oğlunun cəsədini aşkarlayıb. D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.  

D. Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Hadisə yerinə Yasamal rayon polis idarəsinin və prokurorluq orqanlarının əməkdaşları gəlib.

Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər.

Qeyd edək ki, psixoloq bir müddət öncə həyat yoldaşından ayrılıb. Onun iki azyaşlı övladı qalıb. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.