banner
banner

Gündəm

“Sahib Mirzəyevin Çexiyada mənzili yoxdur” – DİN-dən AÇIQLAMA

“Sahib Mirzəyevin Çexiyada mənzili yoxdur” –

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Ehsan Zahidov “Azpolitika.info” saytında dərc olunmuş “Karlovı Varıda mənzili olan məşhurlarımız – general, şeyx deputat” sərlövhəli yazıya münasibət bildirib.

Ehsan Zahidov  açıqlamasında yazır:

“DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. Düzdür, qeyd olunan ünvandakı daşınmaz əmlak Sahib Mirzəyev ad-soyadlı bir azərbaycanlıya məxsusdur. Görünür, xəbəri hazırlayanlar da onun general Sahib Mirzəyev olduğunu zənn ediblər və nəticədə də anlaşılmazlıq yaranıb.

Daha dəqiq olsun deyə, onu da bildirim ki, Çexiyadakı Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşən həmin evin sahibi 1946-cı ildə (71 yaşlı) Bakı şəhərində anadan olmuş, 2001-ci ildən (16 il) Çexiyanın Karlovı Varı şəhərində daimi yaşayan Mirzəyev Sahib Güləli oğludur.”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.