banner
banner

Gündəm

Səs-küylü məhkəmə bitdi: 15 nəfərin ölümünə görə həbs edilənlərə hökm oxundu

Səs-küylü məhkəmə bitdi:
Binəqədidə 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
 
Məhkəmənin qərarı ilə yanğın zamanı 15 nəfərin öldüyü binanı poliuretan materialla üzləyən "Qlobal Stone” və “Global Construction" şirkətlərinin təsisçisi Miryusif Mahmudov 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Ondan başqa, həbs edilən şəxslərdən "Global Construction” MMC-nin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov 4 il,  Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov 4 il, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov 3 il 6 ay, "Global Stone" MMC-nin baş direktoru olmuş Uğur Bəşirov 5 il, Binəqədi Rayon İcrah Hakiyyətinin başçısının müavini olmuş Qəzənfər Novruzov 4 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Digər təqsirləndirilən, istintaq müddətində ev dustaqlığında olan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov 2 il sınaq müddəti olmaqla cəza rəyin edilib. 
 
İstintaq zamanı digər təqsirləndirilən şəxs "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri olmuş Ağacavad Məmmədov 2 barəsində sınaq müddəti olmaqla cəza təyin edilib.
 
Məhkəmə prosesi davam edir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.