Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrindəki vəziyyətlə bağlı məlumat yayıb. Cia.az saytı xəbər verir ki, Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə tıxac yaranıb.
Tbilisi” (20 yanvar dairəsi istiqamətində), “Ziya Bünyadov” (hər iki istiqamətdə), “Mətbuat” (hər iki istiqamətdə), “Azadlıq” (hər iki istiqamətdə) prospektlərində eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələri və Badamdar şosesində nəqliyyat hərəkəti çətinləşib və tıxac müşahidə edilir. Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Useynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir. Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.