banner
banner

Hərbİ

Bir əsgərimiz şəhid olub - FOTO

Bir əsgərimiz şəhid olub -
Ermənilərlə həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndində  Azərbaycan ordusunun əsgəri Xanəli Fəttayev erməni gülləsindən dünyasını dəyişib.  
Sosial şəbəkələrdə yayılan bu məlumatı musavat.com şəhidin ailəsi ilə dəqiqləşdirib. 
Xanəli Fəttayevin yaxınları musavat.com - a deyiblər ki , 18 yaşlı əsgər 4 ay  öncə hərbi xidmətə yollanıb. Xanəli Fəttayevin ölüm xəbəri 29 yanvar saat 12:00-da ailəsinə verilib. Onun həmin gün səhər saat 6:00 radələrində şəhid olduğu deyilib. Ailədən bildirilib ki, gecə saatlarında övladlarının cənazəsi ailəyə təhvil veriləcək və hadisə haqqında ətraflı məlumat təqdim olunacaq. 
Qeyd edək ki, mərhumun ailəsi Bakının Binə qəsəbəsində, "Südçülük sovxozu" adlanan ərazidə yaşayır. 
Sosial şəbəkələrdə yaylan məlumata görə , mərhum vaxtilə ANS TV-nin "Ağıl dəryası" layihəsinin  iştirakçısı olub. Bu barədə  "Ağıl dəryası" verilişinin keçmiş aparıcısı Murad Əzimzadə öz "Facebook" hesabında yazıb.
 
Allah rəhmət etsin 
 
 






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.