banner
banner

Sosİal

Bu şəxslərə mənzil verilə bilər - Azərbaycanda

Bu şəxslərə mənzil verilə bilər

Azərbaycanda üçəm uşaqları doğulan ailələr üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi təklif edilir.

Azərbaycan hökumətindən Trend-ə verilən məlumata görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq yeni hazırlanan “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsindəki təkliflərdən biridir.

Layihədə ailəsində uşağı olan və üçəm uşaqları da doğulan ailələr üçün dövlət tərəfindən mənzillərin verilməsi təklif edilir.

Hazırda ailəsində uşağı olan və üçəm uşaqları doğulan ailələr üçün müəyyən tədbirlər görülsə də, belə ailələr üçün dövlət dəstəyinin daha da gücləndirilməsi təklif edilir.

Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.