banner
banner

Dünya

Trampın fərmanından sonra 720 əcnəbi ABŞ-a buraxılmayıb

Trampın fərmanından sonra 720 əcnəbi ABŞ-a buraxılmayıb
ABŞ prezidenti Donald Tramp miqrasiyaya dair fərman imzaladıqdan sonra 720 əcnəbinin ABŞ-a girişinə qadağa qoyulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  ABŞ gömrük-sərhəd xidmətinin rəisi Kevin Makalinen bildirib.   
 
“Fərmanın qüvvəyə mindiyi ilk 72 saat ərzində ölkəmizə 1 mln. nəfər gəlib. Onlardan 500 min nəfəri əcnəbidir. Biz vizası olan, lakin fərmanın əhatə etdiyi ölkələrdən olan 721 sərnişinin ölkəmizə gəlişinə qadağa qoyduq”, - deyə Makalinen bildirib.   
 
Onun sözlərinə görə, ölkəyə buraxılmasına icazə verilməsi üçün həmin ölkələrdən olan daha 1060 şəxsin işi hazırda araşdırılmaqdadır. Həmin şəxslər ABŞ-da yaşayış hüququ verən  “Qrin kart”a sahibdirlər. Digər kateqoriyalardan olan daha 75 şəxsə icazə verilib.    
 
Makalinenin sözlərinə görə, bu həftə ərzində statusu təsdiqlənmiş 872 qaçqının ölkəyə gəlişi gözlənilir.  Onların şəxsi işləri araşdırıldıqdan sonra ölkəyə buraxılacaqlar.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.