banner
banner

Dünya

Delfin turist "selfie"sinin qurbanı oldu

Delfin turist "selfie"sinin qurbanı oldu
Sosial şəbəkələrdə ürəkağrıdan kadrlar yayılıb. Belə ki, Argentinada turistlər sahilə çıxan delfini tutaraq onunla selfi çəkdirməklə məşğul olublar. 
Bu zaman onlar delfini əlləriylə tutaraq onun üzüb gedməsinə əngəl yaradıblar. Nəticədə isə delfin ölüb. 
Görüntülər "Mashable"də yer alıb. Faciəli hadisə Buanes-Ayresin 320 kilometrliyində yerləşən San-Bernardo şəhərində baş verib. Bildirilir ki, bu, ölkədə baş verən ilk belə hadisə deyil.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.