banner
banner

Dünya

İrandan sonra ABŞ da məşhur müğənni Ququşa qadağa qoydu

İrandan sonra ABŞ da məşhur müğənni Ququşa qadağa qoydu
ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsindən mühacirlərin ABŞ-a girişinin qadağan edilməsi qərarı İranın Azərbaycan əsilli dünya şöhrətli müğənnisi Ququşu bu ölkəyə getməkdən saxlayıb. Londonda albom hazırlıqlarını davam etdirən Ququşun hüquqşünaslarından biri  olan Soroş Şahramın verdiyi məlumata görə, vəkili Ququşa zəng edərək Amerikaya geri dönməməyi məsləhət verib. 
"Ququş yaşıl kartı sahibidir və Birləşmiş Ştatlara geri dönməməsi barədə hüquq müşaviri ona xəbərdarlıq edib",- deyə Şahram "The Fader"ə bildirib. Fevral ayında Ququşun ABŞ-da konserti planlaşdırılıb. "Onun Amerikaya gedib-getməyəcəyi isə qeyri-müəyyən qalmaqdadır",- deyə Şahram əlavə edib.
Qeyd edək ki, 1979-cu ildə İranda baş verən islam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub. Ququş 2000-ci ildə ABŞ-a köçüb, sənətini orada davam etdirməyə başlayıb. İki ildən sonra onun “Qəribi Aşina” mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb. 
 
Görünən odur ki, pop ikonu üçün tarix təkrarlanır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.