Ermənistan silahlı bölmələri fevralın 1-də avtomatik silahlardan və qumbaraatanlardan istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub.
Cia.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.
Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti sabitdir, həyati təhlükə yoxdur.
Müdafiə Nazirliyi bildirir ki, düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.