banner
banner

Sosİal

Portağalın içindən qurd çıxdı - VİDEO

Portağalın içindən qurd çıxdı -
Plastik düyü, kələm. Yaxud içindən dərman çıxan meyvələr. Son vaxtlar tez-tez bu cür xəbərlər eşitməyimiz azmış kimi, bu dəfə də portağalın içindən qurd çıxdı. 
 
Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirəyə səbəb olub. Alma, nar kimi meyvələrin içindən qurd çıxmağı normaldır. Amma yəqin ki, indiyə kimi heç kim, ya da çox az adam portağalın içindən qurd çıxdığını görüb. Bəs bizdə belə meyvələr satılırmı? Əməkdaşlarımız araşdırıb.
 
Portağal dilimində çıxan qurdlar masanın üzərində hərəkət edir.
 
Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirəyə səbəb olub. Portağalı dilimləyən şəxs qurdları çölə çıxararaq əyani göstərir.
 
Bir çox meyvələrin içərisindən qurd çıxdığını görsək də, portağal dilimindən qurdun çıxması ilk hadisədir.
 
Dövlət Fitosanitar Nəzarəti Xidməti görüntülərlə bağlı Xəzər xəbər-ə açıqlama verib. Xidmətin rəisi Camal Quliyev bildirib ki, əvvəla bu hadisə Azərbaycanda baş verməyib. Çünki görüntülərdəki qablaşdırmanın üzərinə adı yazılan "Qaleon" şirkəti Azərbaycana meyvə idxal etmir. Amma ümumilikdə əvvəllər bizdə də belə hadisə baş verib.
 
Xidmət rəisi deyir ki, portağalın qabığı qalın olsa da, meyvə milçəkləri portağal yetişəndən sonra qabığını deşərək daxilinə sürfələrini qoya bilir. Yetişən qurdların heç bir toksiki təsiri olmadığından bilmədən yedikdə orqanizmə ziyanı da olmur. Zərər sirf estetik baxımdandır.
 
Belə hallarla qarşılaşan vətəndaşlar Fitosanitar Nəzarət Xidmətinə müraciət edə bilərlər.
 
 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.