banner
banner

Dünya

Tramp öz mövqeyini təcəssüm etdirməlidir - Lavrov

Tramp öz mövqeyini təcəssüm etdirməlidir - Lavrov
Tramp rəhbərliyi öz mövqeyini təcəssüm etdirməlidir.
Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) paytaxtı Əbu Dabidə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumundan sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Lavrov Trampın "Suriyada təhlükəsiz bölgələr yaradacağam" açıqlamasına dair sualı cavablandıraraq növbəti dəfə mövqeyini ortaya qoyub: "Bunu müzakirə etməyə və dəyərləndirməyə hazırıq, ancaq Tramp rəhbərliyi öz mövqeyini təcəssüm etdirməlidir".
Xatırladaq ki, Donald Tramp Avropa və ABŞ-a miqrant axınının qarşısını almaq üçün Suriyada təhlükəsiz bölgə yaratmaq barədə təklif irəli sürüb. Artıq Səudiyyə Ərəbistanı və Qətər Trampın bu fikrini dəstəkləyib.
 
Bu ideya Suriya konfliktinin ilk vaxtından Türkiyə Prezidenti Ərdoğan tərəfindən ilk olaraq dilə gətirilmişdi.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.