banner
banner

Dünya

Gürcüstanda güclü qar 2 nəfərin ölümünə səbəb olub

Gürcüstanda güclü qar 2 nəfərin ölümünə səbəb olub
Gürcüstanın Acarıstan Muxtar Respublikasında yağan güclü qar nəticəsində 2 nəfər ölüb.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən məlumatına görə, bir nəfər uçqun altında qalıb, daha bir nəfər isə donvurmadan ölüb. Ayrı-ayrı ərazilərdə qar örtüyünün hündürlüyü 2 metrə çatıb. Bir sıra dağlıq ərazilərdə güclü qar elektrik xətlərini sıradan çıxarıb, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb, məktəblər bağlanıb.
 
Meteoroloqların proqnozlarına görə, Gürcüstanda qeyri-sabit hava şəraitinin fevralın 5-dək davam edəcəyi gözlənilir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.