Ermənilərin əlinə düşən Elnur Hüseynzadənin anası DANIŞDI
Ermənistan Ordusunun əsir götürdüyü Elnur Hüseynzadə Bərdə rayonun Qullar kəndindəndir. Bu barədə Elnurun anası Səidə Hüseynovanın İstiPress-in Qarabağ bürosuna bildirib. Onun sözlərinə görə, Elnur hərbi xidmətini başa vurduqdan sonra yenidən hərbi xidmətə yollanıb və müddətdən artıq hərbi xidmətdə olub. O, sonuncu dəfə dünən səhər evdə olub. Bərdə rayon Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, Elnur Hüseynzadənin 2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb və 2015-ci ildə ordudan tərxis olunub.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda isə deyilir ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində guya, təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin məlumatı yalandır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhədə heç bir aktiv döyüş toqquşması baş verməyib.
“Elnur Hüseynzadə adlı şəxs isə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil”, nazirlik bəyan edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.