banner
banner

Dünya

ABŞ Rusiyaya qarşı sanksiyaları yüngülləşdirib

ABŞ Rusiyaya qarşı sanksiyaları yüngülləşdirib

ABŞ-ın maliyyə nazirliyi Rusiya Federal Təhlükəsizlik xidmətinə qarşı sanksiyaları yüngülləşdirib.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, maliyyə nazirliyinin saytında yayılmış məlumata əsasən indi Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunan məhsulları "almaq, istifadə etmək, icazə, lisenziya, sertifikat üçün ödəniş etməyə" icazə verilir.

Bununla yanaşı ödənişin ümumi həcmi il ərzində 5 min dolları ötməməlidir. Eyni zamanda Krıma istənilən mal və texnologiyanı ixrac etmək qadağan edilir.

Qeyd edək ki, 2016-cı ilin oktyabrında ABŞ seçki sisteminə edilən kiber hücumda Rusiyanı günahlandırır. Bu səbəbdən ABŞ Rusiyanın onlarla təsisatına, eləcə də təhlükəsizlik strukturlarına qarşı "seçkiyə müdaxilə", "amerikalı diplomatlara təzyiq" kimi ittihamlarla sanksiyalar tətbiq edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.