Ermənilər Azərbaycan əsgərinin yeni silahından yazırlar
Azərbaycan Silahlı Qüvvələri Qarabağda yeni taktika və silah tətbiq edirlər, deyə, qorxusunu gizlətməyən erməni mətbuatı yazır.
Oxu.Az xəbər verir ki, Naira Ayrumyan adlı bir müəllifin yazdığı məqalədə azərbaycanlıların yeni gecəgörmə texnikası aldıqları qeyd olunur.
“Bu texnika onlara hətta minalanmış sahədən keçməyə, canlı qüvvəni görməyə və tək, amma çox ağrılı zərbə endirməyə imkan verir. Məlumat var ki, azərbaycanlılar israil və alman texnikasını tətbiq edirlər”, - deyə, müəllif yazır və işğalçılara mövqeləri güclü projektorlarla işıqlandırmağı təklif edir.
Öz tərəfimizdən qeyd edək ki, son günlər cəbhədə ermənilərin təxribatları artıb.
Lakin hər dəfə əsgərlərimiz inamla düşmənin istənilən təxribatlarının qarşısını alır. Yanvarın 3-dən 24-dək erməni işğalçıları Qarabağda 11 hərbçilərini itiriblər, bu gün isə düşmənin düşərgəsində sətəlcəm xəstəliyinin kütləvi hal alması barədə xəbər yayılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.