banner
banner

Şou

İş adamlarından Mahsuna dəstək: "Yanındayıq"

İş adamlarından Mahsuna dəstək:

"Cənub-şərq Gənc İş adamları Dərnəyi"nin rəhbəri Hakan Akbal müğənni, rejissor Mahsun Kırmızıgülü dəstəklədiyini bildirib.

O, rejissorun "Vəzir barmağı" filmini əsassız yerə tənqid edənlərə cavab olaraq belə deyib:

"Sənətdə tənqidin olması təbii bir haldır, lakin Mahsun Kırmızıgülün filmi barədə aparılan siyasət, deyilən sözlər tənqiddən artıqdır. O, sistemli bir hücumun hədəfinə çevrilib".

Dərnək rəhbəri film barədə düşüncələrini söyləyərək onun güclü və zəif tərəflərini də sadalayıb:

"Filmi izləyən biri olaraq burada güclü və zəif tərəflərə diqqətinizi çəkmək istəyirəm. Öncəliklə onu qeyd edim ki, yüksək keyfiyyətlə çəkilən filmdə zəngin aktyor heyəti var. Musiqilər də, yerində istifadə olunub. Lakin yumorun istənilən səviyyədə olmaması, mövzunun yerinə oturmaması, filmin sonunda təcrübəsizlik və cinsi mövzuların bəzən daha da qabarıq formada təqdimatı isə onun zəif tərəfləridir".

O, Kırmızıgül haqqında yazılanların filmi ilə əlaqədar olmadığını da söyləyib:

"Mahsuna qarşı aparılan kampaniyalar onu gözdən salmaq üçündür. Bu tənqidlər "Vəzir barmağı" ilə əlaqədar deyil. Amma bunu bilsin ki, biz yerliləri olaraq hər zaman onun yanındayıq".

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.