banner
banner

Hərbİ

Çingiz Qurbanovun nəşi geri alınarkən erməni zabiti huşunu itirib

Çingiz Qurbanovun nəşi geri alınarkən erməni zabiti huşunu itirib

“Fevralın 5-də Ermənistan-Azərbaycan sərhəddində şəhid Çingiz Qurbanovun nəşi düşmən tərəfdən alınarkən maraqlı hadisə baş verib. Tərəflər nəşi almaq üçün üzbəüz durarkən Ermənistan silahlı qüvvələrnin zabiti həyacandan huşunu itirərək yıxılıb”.

Bu barədə millət vəkili Aydın Mirzəzadə Facebook hesabında yazıb.

Deputat qeyd edib ki, o, ya “Aprel döyüşləri”nin iştirakçısı olub, ya da həmin döyüşlər barədə zabit həmkarlarından eşidib. Hər iki halda Azərbaycan ordusunun xofu hətta erməni hərbiçilərində belə çox ciddi oturub”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.