banner
banner

Gündəm

DYP oğurluq maşını RƏSMİLƏŞDİRİB - VİDEO

DYP oğurluq maşını RƏSMİLƏŞDİRİB -

Azərbaycandan  maşın aldı, Rusiyaya gedəndə oğurluq olduğunu öyrəndi. Cia.az saytı xəbər verir ki,“Xəzər xəbər”in məlumatına görə, paytaxt sakininin 10 min manata aldığı avtomobil 8 il əvvəl İtaliyada oğurlanaraq satılıb.

Rüstəm Əliyev ötən ilin martında Rövşən Kazbekov adlı şəxsdən avtomobil alıb. Pulu ödəyib və avtomobili öz adına keçirmək üçün yol polisinə müraciət edib. Burada da həmin avtomobil Rüstəm Əliyevin adına keçiriblər.

Bundan sonra həmin avtomobillə Rusiya Federasiyasına səfərə gedən Rüstəm Əliyevi sərhədi keçdikdən sonra yol polisi saxlayıb və ona avtomobilin oğurluq olduğu deyilib.

Kor-peşman avtomobilsiz Azərbaycana qayıdan Rüstəm Əliyev deyir ki, onu satan Rövşən Kazbekovla əlaqə saxlayaraq avtomobilin oğurluq olduğunu bildirib. Ancaq ona cavab verilib ki, maşın oğurluq ola bilməz, əgər olsaydı yol polisi onu adına sənədləşdirməzdi. Sonra isə Rüstəm Əliyev maşını onun adına keçirən yol polisinə müraciət edib. Oradan isə bildirilib ki, yanlışlıq olub.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirdi ki, işində nöqsana yol verərək həmin avtomobil haqqında alıcıya yanlış məlumat verən şəxs idarənin texniki işçisi olub. Bu səhvinə görə, o, intizam tənbehinə cəlb olunaraq cəzalandırılıb. Həmin şəxsə dəyən ziyana gəldikdə isə, o, bunu məhkəmə yolu ilə Baş Dövlət Yol Polisi İdarəsindən tələb edə bilər.

  

VIDEO

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.