Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyətlər verilir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilməsi müzakirə olunub. Burada əsas prinsipial məsələ Dövlət Sərhəd Xidmətinə yeni səlahiyyətlərin verilməsi idi.
Bu barədə Cia.az-a Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc məlumat verib.
Zahid Oruc deyib ki, burada söhbət ondan gedir ki, nəqliyyat vasitələri, mal sahibləri, müxtəlif şəxslər və yaxud onların nümayəndəlikləri Gömrük Məcəlləsində nəzərdə tutulmuş hüquqlara rəğmən, istər Xəzər dənizindən, istərsə də digər sərhədlərimizdən iqtisadi fəaliyyətləri həyata keçirməkdədirlər. Bu zaman Azərbaycanın milli maraqlarına, təhlükəsizliyinə təhdid ola biləcək malların, məhsulların keçidinin yoxlanması, həmçinin silah, qaçaqmalçılıq məhsulları, narkotik və digər bu kimi psixotrop maddələrin olmasını müəyyənləşdirmək hüququ həm də Dövlət Sərhəd Xidmətinə verilməlidir.
Deputat ötən illər ərzində Dövlət Sərhəd Xidmətinin Azərbaycanda formalaşan güclü dövlət strukturlarından biri olduğunu bildirib.
“Orada xidmət aparan şəxslər Azərbaycanın dövlət sərhədlərini göz-bəbəkləri kimi qoruyurlar. Ona görə də zərurət yaranır ki, biz hüquqi cəhətdən həmin quruma elə bir səlahiyyətlər verək ki, onların dövlətimizin əleyhinə təhlükəli fəaliyyət həyata keçirə biləcək şəxsləri yoxlamaq hüquqları olsun. Komitə tərəfindən bu məsələ müzakirə olundu və parlamentarilərin əksəriyyəti bu qanunun lehinə səs verdilər”.
Qanun layihəsi fevralın 14-də keçiriləcək Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.