banner
banner

Gündəm

Həsən Ruhani: "Qarabağ dağlarında toqquşmalar başlayanda..."

Həsən Ruhani: "Qarabağ dağlarında toqquşmalar başlayanda..."
İran prezidenti Həsən Ruhani bu gün Tehranda akreditə olunmuş xarici ölkə səfirləri qarşısında çıxışı zamanı ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı roluna toxunub.
Virtualaz.org İran prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Həsən Ruhani Tehranın vaxtilə Qarabağda atəşkəsin əldə edilməsi üçün səylər göstərdiyini deyib. “O vaxtlar ki, İranın şimal sərhədləri yaxınlığında, Qarabağın yüksəliklərində Azərbaycanla Ermənistan arasında toqquşmalar baş verirdi, Tehran atəşkin dayandırılması və regionda sülhün yaranması üçün hər iki cəbhədə iştiraını təmin etmişdi”-Həsən Ruhani bildirib.
Virtualaz.org yaxın keçmişdə baş verənləri xatırladaraq qeyd edir ki, İranın Qarabağda atəşkəsin əldə edilməsində rolu həlledici olmayıb. Doğrudur, 1992-ci ildə Tehranda prezident Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan prezidenti Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov arasında atəşkəsə dair razılaşma imzalanıb. Lakin elə həmin gün erməni qüvvələri hücuma keçərək Şuşanı işğal etmişdi və nəticədə Tehranın münaqişədəki vasitəçilik roluna sarsıdıcı zərbə vurulmuşdu. Sonralar İran Ermənistanla Azərbaycan arasında vasitəçilik misiyasını üzərinə götürməyə hazır olduğu haqda dəfələrlə tərəflərə öz təkliflərini çatdırıb, ancaq həmin təşəbbüslər həmişə tərəddüdlə qarşılanıb.
 
Bununla belə İranın münaqişədəki rolu haqda danışarkən onun hərbi əməliyyatların Ermənistan üçün kritik dərəcədə ağır günlərində İrəvana təchizat dəstəyini yada salmaq olardı. Hansı ki, Ermənistan rəhbərliyi həmin ağır günlərdə İranın verdiyi bu dəstəyi həmişə minnətdarlıqla xatırlayır...
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.