Ali təhsil müəssisələrində yaz semestr dərsləri başlayıb
Bu gündən Azərbaycanın ali təhsil müəssisələrində 2014/2015-ci tədris ilinin yaz semestr dərsləri başlayıb. "Report" xəbər verir ki, semestr dərsləri mayın 9-na kimi davam edəcək.
Tələbələr qış tətilinə yanvarın 19-dan 25-nə qədər buraxılmışdılar.
Qeyd edək ki, Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtda yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası cari ilin mayın 31-nə kimi başa çatdırılmalıdır. Oyunlarla əlaqəli ali məktəblərdə dərs sessiyalarının müddətində də müəyyən dəyişikliklər edilmişdi. Dəyişikliklərə əsasən, 2014-2015-ci tədris ilinin payız dərs sessiyası dekabrın 28-də başa çatıb. Qış imtahan sessiyası dekabrın 29-dan başlayıb və yanvarın 18-nə kimi sona çatdırıldı. Yay imtahan sessiyası isə mayın 11-dən 24-nə qədər davam edəcək. Dövlət imtahanları isə mayın 25-dən 31-nə qədər baş tutacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.