banner
banner

Gündəm

Akif Çovdarov kimləri hədələyir...

Akif Çovdarov kimləri hədələyir...
Fəaliyyəti ləğv edilmiş MTN-in generalı Akif Çovdarovun məhkəməsi hər gün bir-birindən ilginc epizod və replikalarla yadda qalır. A.Çovdarovun tez-tez qəzəblənməsi, and içməsi və bəzi zərərçəkənlərlə bağlı hədsiz emosionallıq göstərməsi medianın diqqətindən qaçmır. Bundan başqa, generalın zaman-zaman verdiyi hədə xarakterli açıqlamaları da yaddan çıxarmayaq. Çovdarov məhkəmədə çox şeylər bildiyinin anonsunu verərək, onu demədiyini də xüsusilə vurğulayır. 
 
Bəzi məqamları xatırladaq.  A.Çovdarov sentyabr ayında məhkəmədə demişdi ki, “mən büdcədən ayrılan pulları mənimsəməmişəm, onlar agentura şəbəkəsinə sərf olunan pullardır. Əgər mən bu mövzuya danışmağa başlasam, onda Azərbaycanda biabırçı vəziyyət yaranacaq. Mənə qarşı ittiham aktında göstərilən bütün pullar 2013-2015-ci illərdə agentura şəbəkəsinə xərclənib". 
 
A.Çovdarov həmin vaxt demişdi ki, əgər ifadə verməyə başlayacaqsa, onda bununla xüsusi xidmət orqanlarının bütün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ifşa ediləcək.
 
Bir neçə gün əvvəlki məhkəmədə isə Çovdarov eyni tonda danışıb. Amma bu dəfə daha maraqlı mesajlar verib. Sitata diqqət edək: “Bundan əvvəlki iclasda mən müstəntiq Emil Qəhrəmanovun epizodlardan birini cinayət işinə daxil etməməsi üçün məndən 100 min manat istəməsini demişdim. Bu söhbət vəkilimin iştirakı ilə olub, amma bir məsələ var. Mənim heç vaxt sıravi əməkdaşlarla işim olmayıb. Təbii ki, idarə rəisi Əhmədovun xəbəri olmasaydı, müstəntiq mənimlə bu barədə danışmazdı. Sadəcə olaraq, istədim ki, bunu biləsiniz. Onsuz da onların hamısı gəlib burada ifadə verəcəklər. Onlar burada olanda mən hər şeyi açıb deyəcəyəm. Kimin əsl rüşvətxor, korrupsioner olduğunu hamı biləcək”.
Gördüyünüz kimi, MTN generalı hər fürsətdə özünü sığortalamağa çalışır və məlumatlı olduğunu xatırladır. Ekspertlər isə deyir ki, A.Çovdarovun işində ifadə verən əksər zərərçəkənlər dələduzluqda ittiham olunanlardır. Necə deyərlər, su teştisi su yolunda qırılıb. MTN-çilər isə əsasən “çəkinəcək işi olan” iş adamlarını hədəfləyiblər. İndiki məqamda isə A.Çovdarovu daha çox qıcıqlandıran məqam onun üzünə qoyulan şəxslərdir. Məsələn, dələduz bələdiyyə sədri və ya iş adamı ona qarşı ifadə  verəndə həbsdəki MTN generalının əsəbləri dözmür. 
 
Məhkəmədə iştirak edənlər deyirlər ki, A.Çovdarov onun qarşısına daha ciddi personaların çıxarılmasını istəyir. O, sanki “öz ranqına” yaraşmayan zərərçəkənləri qarşısında görəndə əsəbləşir. Amma müşahidələr onu göstərir ki, MTN generalının ad çəkəcəyi gözlənilən deyil. Məsələn, onun sabiq şefi Eldar Mahmudovla bağlı heç bir söz deməyəcəyi dəqiqdir. Ekspertlər buna səbəb kimi onun daşıdığı general mundirinin, eləcə də susqun razılığın rol oynadığını düşünür. Rütbə A.Çovdarova əlavə bir qürur verir ki, bu da onun susqunluğunu təmin edir. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.