"Silikonları neçəyə saldırmısan?" - müğənni çətin vəziyyətə düşdü+video
Müğənni İrem Derici “Kanal D”də yayımlanan “Beyaz Show” verilişinin qonağı olub. O, aparıcı Beyazıt Öztürkün suallarını cavablandırıb. Suallar arasında biri ifaçını çətin vəziyyətə salıb. Belə ki, tamaşaçılardan biri sənətçiyə “Silikonları neçəyə saldırdın” sualı göndərib. İrem “Bu baxır nə qədər silikon taxırsan” cavabı verərək, mövzunu dəyişdirməyə çalışıb.
Qeyd edək ki, 6 ayda 17 kiloqram arıqlayan Derici "kişiyə oxşayıram" deyərək silikon qoydurub. İfaçı əməliyyatı gizli etmək istəsə də, alınmayıb.
Belə ki, o, müğənni Gülşənin övladını dünyaya gətirdiyi xəstəxanada əməliyyat olunub.
Xəstəxanaya gələnlər İremin sevgilisi Lider Şahinlə qarşılaşıblar və onun hansı səbəbə orada olduğunu öyrəniblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.