banner
banner

Sağlamlıq

Çox su içməyin, ölə bilərsiniz - Alimlərdən xəbərdarlıq

Çox su içməyin, ölə bilərsiniz -

Həddən artıq su içmək insanın ölümünə səbəb ola bilər.

Avstraliyalı alimlərin apardığı araşdırmaların nəticəsi belə deməyə əsas verir. Bildirilir ki, insan istəmədiyi halda maye qəbul edərsə, beyindəki udqunma önləyici mexanizmin fəaliyyəti pozulur. Bu da insanın sudan zəhərlənməsinə gətirib çıxara bilir. Fəsadlar təkcə bununla bitmir. Normadan artıq maye qəbulu qandakı natriumun anormal dərəcədə azalmasına yol açır.

Elm adamlarının sözlərinə görə, belə hallarda insanda ürək bulanması, üşümə, beynin fəaliyyətinin pozulması kimi fəsadlar müşahidə oluna bilir. Bəzən həmin şəxsin hətta komaya düşmə təhlükəsi də yaranır. Bu vəziyyətdə insana ilkin tibbi yardım göstərilməsə tələfat qaçılmaz olur.

Alimlər bəyan edir ki, marafon yarışlarında həddən çox maye qəbul etdiyinə görə idmançılar arasında dəfələrlə ölüm halları qeydə alınıb.

Cia.az

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.