banner
banner

Gündəm

Nəqliyyat Nazirliyinin mətbuat katibi: “Mənimlə bağlı də nə qərar veriləcəyini bilmirəm”

Nəqliyyat Nazirliyinin mətbuat katibi:

Prezidenti İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirildi.
Sərəncama uyğun olaraq Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Bu halda Ziya Məmmədov faktiki olaraq nazir postundan uzaqlaşdırılmış oldu.

Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov Modern.az-a məlumatları mətbuatdan izlədiyini açıqlayıb. O deyib ki, sərəncamdan irəli gələrək 2 ay uyğunlaşma vaxtı müəyyən olunacaq:

“Bu müddət ərzində bütün məsələlərə aydınlıq gətiriləcək. Amma Ziya müəllim bu gün işdə olub. Onun işdən azad olunması ilə bağlı sərəncam oxumamışam. Amma yeni nazirlik yaradılıbsa, bu, faktiki olaraq ləğv olunma deməkdir. Bəlkə də vəzifədən azad edilmə ilə bağlı əlavə sərəncam imzalanacaq. Hər halda bu, ölkə başçısının sərəncamında olan məsələdir. Ona görə də mən şərh verə bilmirəm”.

Ziya Məmmədovun yeni vəzifəyə təyin olunması ilə bağlı xəbərlərə gəlincə, N.Həsənov bununla bağlı qərarı yalnız Prezidentin verə biləcəyini açıqlayıb.

 

Katiblik rəisi qeyd edib ki, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi yaradıldığından Nəqliyyat Nazirliyinin işçilərinin yeni yaradılmış nazirliyə transfer olunacağı gözlənilir:


“Hələ mən özümlə bağlı də nə qərar veriləcəyini bilmirəm. Ona görə də gözləmək lazımdır. Hər halda yeni yaradılan nazirlikdə nəqliyyatçılara da ehtiyac olacaq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.