banner
banner

Dünya

Suriyaya dair Astanada keçiriləcək danışıqlar təxirə salınıb

Suriyaya dair Astanada keçiriləcək danışıqlar təxirə salınıb

Astanada Suriyaya dair danışıqların sabaha planlaşdırılmış ikinci raundunun tarixi fevralın 16-na keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Dövlət Televiziyasının məlumatında bildirilir. Məlumata görə, tarixin dəyişdirilməsinə səbəb Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin hələ ki Qazaxıstana getməməsi göstərilib. 

Qeyd edək ki, Suriyada münaqişənin nizamlanmasına dair Astana prosesinin növbəti iclası 15-16 fevral tarixinə planlaşdırılmışdı. Görüşün qapalı şəraitdə keçiriləcəyi bildirilir. Görüşdən sonra mətbuat-konfransı keçiriləcək. 

Danışıqlarda iştirak etmək üçün Rusiya, İran, Suriya hökuməti və BMT-nin nümayəndə heyətləri artıq Astanadadır. Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin də Qazaxıstana gəlməsi gözlənilir.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.