banner
banner

Gündəm

“Azəravtoyol” ləğv oluna bilər

“Azəravtoyol” ləğv oluna bilər

“Azəravtoyol” ASC-nin Bakıdakı İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) şair Mikayıl Müşfiqin abidəsini götürməsindən sonra yaranmış qalmaqal böyüyür.

“Azəravtoyol”un abidənin dağıdılmadığını sübut edən fotoları ictimailəşdirməsi də işə yaramadı.

Cia.az xəbər verir ki, modern.az-ın yazdığına görə, xəbərlər ildırım sürətilə yayılmağa və yüksək səviyyəsində müzakirə olunmağa başladı. Qurum rəsmisi Anar Nəcəflinin işlərin ölkə başçısının sərəncamlarına uyğun olaraq icra edildiyini deməsi də problemi çözmədi. Əksinə, Prezident İlham Əliyev məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verdi.

Bundan sonra isə “Azəravtoyol” bəyan etdi ki, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraşısı "Azəravtoyol" ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü götürüb.

Buna görə də öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb.

Həmin MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.

Hadisələrin bu məqamında daha bir xəbər yayılıb: “Azəravtoyol” ASC-nin “Azərbaycan Dəmir Yolları” QSC-nə birləşdiriləcəyi gözlənilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a açıqlamasında bu barədə məlumatlı olmadığını deyib.

Məsələ ilə bağlı sayta danışan Milli Məclisin deputatı Fəzail Ağamalı birləşdirilmənin mümkün olduğunu açıqlayıb:

“Burada qeyri-adi heç nə yoxdur. Bu iki qurum əlbəttə, birləşdirilə bilər. Təbii ki, ölkə başçısının səlahiyyətində olan və onun iradəsilə həll edilən məsələdir”.

Deputat abidənin götürülməsini vəhşilik adlandırıb: “Bu, Azərbaycan mədəniyyətinə, kalsssikamıza, Mikayıl Müşfiq irsinə böyük hörmətsizlikdir. Müşfiq talehsiz şairlərimizdəndir. Təsəvvür edin, ona bir büst qoyulub. Ona da hörmətsiz, qeyri-insani münasibət sərgiləməyin özü vəhşilikdən başqa bir şey deyil”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.