banner
banner

Sosİal

İPhone-da Azərbaycan əlifbası

İPhone-da Azərbaycan əlifbası

İPhone telefonlarında- iOS 8-dən (operating system - əməliyyat sistemi)i istifadə edənlər üçün Azərbaycan klaviaturası hazırlanıb.

«Labrin.net» komandasının proqramçısı Amid Quliyev deyir ki, əvvəlki İOS-da sistem klaviaturasına alternativ əlavələr yazmaq mümkün deyildi. Amidin sözlərinə görə, klaviyaturalar siyahısında Azərbaycan dili yox idi: «Hazırlanan program hələlik birinci versiyasıdır. Gələcək update-lərdə daha da inkişaf etdiriləcək. Əvvəllər Azərbaycan dili olmadığı üçün istifadəçilər hərfləri tapmaq problemi yaşayırdılar və yaxud başqa programlarda azərbaycanca yazıb «copy paste» edirdilər. iOS8 ilə sistem klaviaturasına alternativ klaviaturalar yazmaq imkanı gəldi. Hazırladığım klaviyaturanın üstünlüyü pulsuz və iPhonun doğma klaviaturasına bənzər olmasıdır».
Amid Quliyev Android sistemləri üçün də ilk dəfə Azərbaycan dili klaviaturası hazırlamışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.