banner
banner

Dünya

Qvatemalada yanğın nəticəsində ölən uşaqların sayı 40-a çatıb

Qvatemalada yanğın nəticəsində ölən uşaqların sayı 40-a çatıb

Qvatemalada yanğın nəticəsində ölən uşaqların sayı 40 nəfərə çatıb.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Hazırda ölkənin tibb müəssisələrində 15 yeniyetmə müalicə alır, onlardan 10-nun vəziyyəti ağır kimi qiymətləndirilir. Dörd nəfər ağır yanıq xəsarətləri alan yeniyetmə qız müalicə üçün ABŞ-a göndərilib.

Martın 8-də Qvatemalanın paytaxtında reabilitasiya mərkəzində yanğın baş verib. Faciə zamanı həyatını itirən və xəsarət alanların hamısı 14-17 yaş arasında olan yeniyetmələrdir. Bundan əvvəl bildirilmişdi ki, hadisəyə mərkəzdə yaşayan yeniyetmələrdən birinin öz döşəyini yandırması səbəb ola bilər. Məlumata görə, yeniyetmələr mərkəzdə onlarla pis rəftara və qidanın keyfiyyətsizliyinə etiraz ediblərmiş.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.