banner
banner

Gündəm

Fikrət Qoca oğlunun qətlindən danışdı

Fikrət Qoca oğlunun qətlindən danışdı

“Oğlumun öldürülməsindən xəbərsiz idim”.

Cia.az xəbər verir ki, bunu BakiPost.az-a Xalq şairi Fikrət Qoca deyib.

O, bildirib ki, nazirlik məlumat yayana qədər oğlunun yıxılaraq öldüyünü zənn edib: “Mən oğlumu itirmişəm. Daxili İşlər Nazirliyi çox sağ olsun ki, bu məsələyə aydınlıq gətiriblər. Amma bunun da heç bir təsəllisi yoxdur. Çünki mənim bir oğlum var idi. O da öldü. İstəyirlər 100 adam tutsunlar. Bunun mənə xeyri var? 

Əlbəttə ki, səbəbini açıb öyrəcənəklər ki, onu kimlər niyə öldürüb”.

Şair qeyd edib ki, oğlunun hansı səbəbdən öldürüldüyünü bilmir: “Mən onu belə qudurtmamışam ki, atasına görə lovğalıq etsin. O, çox ağıllı və savadlı bir oğul idi. Ən yüksək vəzifələrdə belə işləyib. Oğlum hər şeyin qədrini bilirdi. Onu nə düşməni ola bilərdi ki?”

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.