banner
banner

Sosİal

“Xruşşovka”ların yerində bu binalar tikiləcək - FOTOLAR

“Xruşşovka”ların yerində bu binalar tikiləcək

“Tikinti şirkətlərinə bütün məsələlərdə dövlət orqanları tərəfindən problemlərin həllində kömək ediləcək.

Bunu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Bakının 1- ci mikrorayon ərazisində olan “xruşşovka”ların sökülməsi ilə bağlı brifinqdə çıxış edən Agentliyin rəisi müavini Elxan Əsədov deyib.

O, bildirib ki, bunun üçün sakinlər yeni evlərə köçürülənə qədər kirayə evlərdə məskunlaşacaq və onlara bunun üçün kompensasiya veriləcək:

“Tikiləcək mənzillərin sahəsi ən azı 10 faiz artıq olmalıdır. Kommersiya tipli yaşayış sahələrinin də kirayə haqqı qarşılanacaq. İstəsələr, birdəfəlik satıb yaşayış sahəsinə iddiaçı da olmaya bilərlər. Bunlar müqavilələrdə əks olunacaq. Həmin rayonda 2 uşaq bağçası, 1 məktəb, uşaq yaradıcılıq mərkəzi kimi sosial obyektlər var. Həmin obyektlər FHN-lə birgə digər aidiyyatı qurumlarla müşahidələr aparılacaq. Lazım gələrsə rekonstruksiya olunacaq. Yox, mümkün olmasa sökülüb yerində yenisi tikiləcək. İlk növbədə şəhərsalma planı hazırlanmalı və maliyyə imkanları tapılmalıdır. Sonra layihələndirmə işləri başlanılacaq. Ərazi boşaldıqdan sonra isə layihələr tenderə çıxarılacaq. Son olaraq isə məskunlaşma mərhələsi olacaq. Ərazi 29 hektardan ibarətdir. İlkin araşdırmaya görə 1729 ailə köçürüləcək. Yeni tikiləcək binaların sayı 30-u keçməyəcək”.

Brifinqdə “xruşşovka”ların yerində tikiləcək binaların fotoları da nümayiş etdirilib.

“Xruşşovka”ların yerində bu binalar tikiləcək -  Fotolar


“Xruşşovka”ların yerində bu binalar tikiləcək -  Fotolar


“Xruşşovka”ların yerində bu binalar tikiləcək -  Fotolar


“Xruşşovka”ların yerində bu binalar tikiləcək -  Fotolar



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.