banner
banner

Sosİal

Hava ilə bağlı xəbərdarlıq

Hava ilə bağlı xəbərdarlıq

Bakı Dövlət Yol Polisi yağışlı-dumanlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə bildirib ki, dumanlı hava şəraitində sürücülər faraların yaxın işıqlarından istifadə etməlidirlər. Qurum rəsmisi həmçinin bildirib ki, yollar yağışlı və dumanlı, eyni zamanda sürüşkən olduğu üçün sürücülər sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib.

“Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq minimum sürətlə hərəkət etsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək olmalıdır. Deyilənlərin hamısını nəzərə alaraq daha səriştəli sürücülərin yola çıxmağı məsləhətdir. Səriştəsi az olan sürücülər isə ictimai nəqliyyatdan istifadə etməklə, riskə getməməlidirlər”, - deyə Vaqif Əsədov vurğulayıb.

Bölmə rəisi bir daha xəbərdarlıq edib ki, paytaxt sürücüləri xüsusilə əsas prospektlərdə, şosselərdə, o cümlədən Aeroport şossesində avtomobili sürətlə idarə etməkdən çəkinməli, əhalinin olduğu yerlərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, çirkli yağış suları ilə ətrafdakıların üst-başını çirkləndirməsinlər.

“Sürücülər dumanlı yollarda maşın sürərkən mütləq yaxın işıqlar yandırılmalı, qabağdakı maşınla məsafə qorunmalı, telefonla danışmamalıdırlar. Avtomobildə olan sərnişinlər də sürücünün diqqətini yayındıracaq söhbətlər etməməlidir. Sürücülər bilməlidirlər ki, metereoloji hallarda qəflətən istifadə olunan əyləc, maşında sürüşməyə səbəb olur. Bu təqdirdə də maşın sürüşərək qarşıdakı maşına dəyərək maddi ziyanla nəticələnən yol qəza hadisəsi baş verir. Hazırda Bakıda cüzi maddi ziyanla nəticələnən 3 belə yol qəzası hadisəsi baş verib”, - deyə Vaqif Əsdov məlumat verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.