banner
banner

Sosİal

Bakıda beynəlxalq seminar

Bakıda beynəlxalq seminar

Fevralın 2-5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə Bakıda “Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsirinin təhlili” mövzusunda beynəlxalq seminar keçiriləcək.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı ölkələrin nümayəndələri iştirak edəcək.

Seminarda məqsəd makroiqtisadi siyasətlərin əmək bazarına təsiri, bu siyasətlərin məşğulluq strategiyaları və əmək bazarına uyğunluğu, gənclərin məşğulluğunun təşviqi, sosial və əmək bazarı siyasətinin yerinə yetirilməsi və s. məsələlərin, eləcə də demoqrafik, sosial və əmək bazarı tendensiyalarının ətraflı təhlil edilməsi, bu sahələrdə işgüzar potensialın artırılması və bilik mübadiləsinin təmin olunmasıdır.

Ölkələrdə həyata keçirilən məşğulluq proqramları və onların nəticələrinin ətraflı müzakirə olunacağı tədbirdə mövzularla bağlı qrup formatında interaktiv müzakirələrin aparılması və mövcud təcrübələrin təhlili əsasında gənclərin məşğulluğunun təşviqi üzrə ekspert tövsiyələrinin verilməsi nəzərdə tutulur.

Seminarın sonunda Azərbaycanın aktiv məşğulluq proqramları, o cümlədən gənclər üçün fəal əmək bazarı proqramlarının hazırlanması və icrası, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi və s. ilə bağlı təcrübəsi təqdim ediləcək, BƏT-in və digər xarici ekspertlərin şərhləri dinləniləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.