Yaxın illər ərzində ölkədə ödənişli əsaslarla qəbul olan tələbə sayına məhdudiyyətlər ləğv olunacaq.
Ali təhsil müəssisələrinin Boloniya sisteminə keçidilə əlaqədar bu sistemin yaxın vaxtlarda tətbiq edilməsi gözləniləndir.
Belə ki, Qərb universitetlərində olduğu kimi, abituriyentlər orta məktəbi bitirdikdən sonra ali təhsil ocaqlarına sənədlərini təqdim edərək təhsilini davam etdirə biləcək.
Burada əsas məqam təhsil haqqının keyfiyyətə uyğun olaraq qaldırılması və xarici ölkələrlə tələbə mübadiləsidir.
Artıq Təhsil Nazirliyi ölkədə ali və orta ixtisas təhsili müəssisələri üçün ödənişli əsaslarla qəbul olan tələbə sayına məhdudiyyətlərin ləğv olunacağını açıqlayıb.
“Trend”in məlumatına görə, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev bu gün keçirilən mətbuat konfransında prosesin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində reallaşacağını bildirib:
“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi nəzərdə tutulur. Ancaq bu, təhsilə görə ödəniş haqlarının ləğvi demək deyil. Burada ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq və təhsil haqqı əvvəlki kimi olacaq".
Y.Piriyev qeyd edib ki, orta və ali təhsil müəssisələrinin tələbələrin potensialı, maddi-texniki baza, elmi-pedaqoji potensial, mövcud laboratoriya bazası nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə şərait yaradılacaq:
“Bu gün dünyanın heç bir yerində ödənişsiz təhsil sistemi yoxdur. Sadəcə dövlət büdcəsindən ödənilmə var. Odur ki, strategiyadan irəli gələn məsələdə söhbət ödənişli təhsilin ləğvindən yox, sadəcə, qəbul planının ləğvindən gedir".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.