Azərbaycan tankları Talış istiqamətindən düşməni vahiməyə saldı
Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimləri, müxtəlif manevrləri düşməni ciddi şəkildə narahat edir.
Elə erməni tərəfin yaydığı son məlumat da bunu təsdiqləyir. Məlumatda deyilir ki, mayın 10-da saat 13.30 radələrində cəbhənin şimal istiqamətində Azərbaycan ordusuna məxsus hərbi texnikanın tankların hərəkətliliyi müşahidə olunub. Ermənistan tərəf Tapqaraqoyunlu-Talış istiqamətində 10 tankın hərəkətə keçdiyini iddia edib.
Bildirilir ki, yalnız bir saat 25 dəqiqədən sonra, saat 14.55-də tanklar əvvəlki mövqelərinə qayıdıblar. Düşmən iddia edir ki, Azərbaycan tanklarının manevrlərinin qarşılığında Ermənistan ordusu “cavab tədbirləri görməkdən” yayınıb. Hazırda həmin mövqelərdə sakitliyin olduğu vurğulanır. Erməni işğalçılarının nə dərəcədə həyasız olduğunu elə bu informasiya bir daha təsdiqləyir. İşğal altındakı Azərbaycan ərazilərində yerləşən düşmən öz ərazisində hansısa mövqe yerdəşimələri həyata keçirən Azərbaycanı günahlandırmağa çalışır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.