banner
banner

Hərbİ

Amerika kəşfiyyatı Qarabağda müharibə başlayacağı anonsunu verdi

Amerika kəşfiyyatı Qarabağda müharibə başlayacağı anonsunu verdi

Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Bu haqda  ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında bildirilib.

Hesabatı qurumun direktoru Daniyel Kouts bu gün Konqresə təqdim edib.

Hesabatda göstərilib ki, 2016-cı ilin aprelində Qarabağ cəbhəsindəki hərbi əməliyyatlara görə Azərbaycanla Ermənistan arasında gərginlik artdı.

“2017-ci ildə də tam miqyaslı hərbi əməliyyatların başlanması ehtimalı var. Tərəflərin kompromislərə getmək niyyətlərinin olmaması  və ölkələr daxilində artan təzyiqlər Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər”-deyə hesabatda vurğulanıb.

Daniyel Kouts hesab edir ki, Azərbaycan öz xarici siyasətində Rusiya, İran və Qərb arasında tarazlığı qoruyub saxlamağa davam edəcək.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.