banner
banner

Gündəm

Azərbaycan alması Ermənistanda baş yeyir

Azərbaycan alması Ermənistanda baş yeyir

Ermənistanda vergi və gömrük qurumlarını idarə edən Dövlət Gəlirləri Komitəsinin məmurları rüşvət almaq ittihamı ilə tutulublar. Novator.az-ın məlumatına görə, bu, Azərbaycanda yetişdirilmiş almaların ölkədə satılması işi ilə bağlıdır. İş üzrə Baqrataşen gömrük məntəqəsinin inspektoru və növbə rəisi məsuliyyətə cəlb olunublar.

İstintaq müəyyən edib ki, məmurlar bəzi sahibkarlardan meyvə-tərəvəzin Baqrataşen gömrük məntəqəsindən baxışsız keçirilməsi üçün rüşvət alıblar. Bu məhsulların arasında Azərbaycanda yetişdirilmiş almalar da olub.

Azərbaycanda yetişdirilmiş almaların Ermənistanda satılması ötən ay üzə çıxıb. Ərzaq Məhsullarının Təhlükəsizliyi Dövlət Xidməti aprelin 23-dən ölkənin bazarlarında geniş yoxlamalar aparıb, sərhəd nəzarətindən keçməmiş Azərbaycan məhsulları bazarlardan yığışdırılıb və onlar məhv edilib.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.