banner
banner

Gündəm

Mübariz Mənsimov türk iş adamını döydü — Ermənistanla əməkdaşlıq etdiyinə görə

Mübariz Mənsimov türk iş adamını döydü —

Türkiyədə restoranların birinin açılışında iştirak edən azərbaycanlı iş adamı Mübariz Mənsimov ilə "Uludağ Limonata" şirkətinin rəhbəri Levent Kızıl arasında mübahisə düşüb.

"Ölkə.Az" saytının əldə etdiyi məlumata görə mübahisəyə səbəb Mübariz Mənsimovun türk iş adamına Ermənistanla biznes əlaqələri qurmasını irad tutması olub. 

Türkiyənin məşhur spirtsiz içki markalarından biri olan "Uludağ Limonata"nın Ermənistan bazarına çıxarılmasına görə Levent Kızıla etiraz edən Mübariz Mənsimov Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini xatırladaraq bu işğal nəticəsində 1 milyon insanın doğma el-obasından didərgin düşdüyünü qeyd edib. Bu sözlərə etinasız yanaşan Levent Kızılla daha sonra Mənsimov arasında mübahisə qızışıb və davaya dönüb.

Mənsimov Kızıla stəkan atıb və ona fiziki zərbə endirərək tədbiri tərk edib.

Qeyd edək ki, Türkiyə mətbuatı hadisəni fərqli təqdim edərək guya Mübariz Mənsimovun aktrisa Nur Fəttahoğlunun həyat yoldaşı Levent Vəziroğluna stəkan atdığını yazıb. Lakin əldə etdiyimiz məluata görə Mübariz Mənsimov ilə Nur Fəttahoğlu və həyat yoldaşı Levent Vəziroğlu yaxın dostlardır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.