Monika Belluçi həmkarı ilə elə ehtiraslı öpüşdü ki... - fotolar
Yenicə başlamasına baxmayaraq Kann kinofestivalı artıq maraqlı hadisəsi ilə yadda qalıb.
Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecəyə aparıcılıq edən 52 yaşlı model və aktrisa Monika Belluçinin gözlənilməz hərəkəti hamını təəccübləndirib. Belə ki, italiyalı aktrisa həmkarı fransız komediya aktyoru Aleks Lutsanı hər kəsin gözü qarşısında ehtirasla öpüb. Qeyd edək ki, 70-ci dəfə təşkil olunan festivalın açılış mərasimi Marion Kotiyyar, Bella Hadid, Syuzan Sarandaon, Culiana Mur, Şarlotta Gensburq və başqaları qatılıb. İlin ən vacib film hadisələrindən sayılan festival mayın 28-ə qədər davam edəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.