banner
banner

Gündəm

Abituriyentlərə inanılmaz fürsət

Abituriyentlərə inanılmaz fürsət

Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC abituriyentlər üçün ixtisas seçimindən öncə bir gün tələbə həyatı yaşamağı təklif edir.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, UNEC-də dərslərin ictimaiyyətə açıq keçirildiyini nəzərə alaraq, qəbul imtahanlarında 2-ci qrup üzrə müvafiq bal toplayan abituriyentlər bu ali məktəbə gələrək, istədikləri dərsdə dinləyici kimi iştirak edə bilərlər. Dərsləri dinləmək abituriyentlərə ixtisas seçimi edərkən düzgün qərar verməyə kömək edəcək.

UNEC tələbəsi adını qazanmaq istəyən abituriyentlər universitetə gələrək, ali məktəblə tanış ola, onları maraqlandıran bütün suallara cavab ala bilərlər.

Bundan başqa, UNEC-lə tanış olmaq istəyən abituriyentlər universitetin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/uneceduaz/) yaza və yaxud “Qaynar Xətt” xidmətinə (146-1-3) müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-ə daxil olan tələbələrə universitet hesabına bir semestr müddətinə əlavə təqaüd veriləcək. İmtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə isə ayrıca əlaçı təqaüdü verilir. Bunlar ödənişli, ödənişsiz, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.