Bəzi kütləvi informasiya vasitələri məhkum Lamiyə Quliyeva haqda həqiqətə uyğun olmayan şayiələr yayırlar.
Əslində isə Penitensiar Xidmətin əməkdaşları Lamiyə Quliyevanın hamiləliyindən 5 aylığında xəbər tutublar. İndi bizi maraqlandıran yeganə məqam uşağın atasının kimliyidir.
Oxu.Az xəbər verir ki, bu barədə ANS-ə müsahibəsində Azərbaycanın ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev bildirib.
M.Quliyevin sözlərinə görə, Penitensiar Xidmət əməkdaşları fikirləşiblər ki, təhqiqat hamiləlik vaxtı aparılsa gələcək ana həyəcanlana bilər.
“Bu məsələ ilə bağlı həkimlərlə məsləhətləşdik və qərar belə oldu ki, uşaqla bağlı problem ola bilər. Biz bir məmur kimi məhkumun qidalanmasına, səhhətinə diqqət ayırdıq. Nəhayət bu körpə dünyaya gəldi. Məhkum bildirib ki, övlad dünyaya gətirmək onun arzusu olub.
Lamiyə Quliyeva ilə uşağın atasının kimliyi haqda söhbətlər aparılıb. Lamiyəyə heç bir təzyiq olunmayıb. Hazırda daxili araşdırmalar gedir. Uşağın atasının kimliyini müəyyənləşdirmək istəyirik ki, uşağın böyüməsində onun da rolu olsun. Körpənin atası müəyyən edildikdən sonra bununla bağlı hüquqi addımlar atılacaq”.
Mədət Quliyev onu da əlavə edib ki, məhkumların öz yaxınları, qohumları, hətta kütləvi informasiya nümayəndələrilə görüşmək imkanı mümkündür:
“Sadəcə bu olayı şişirdib, populist çıxışlarla xal qazanmaq istəyən qüvvələr var. Lamiyə Quliyevanın uşaq dünyaya gətirməsinə qeyri-adi baxmaq lazım deyil”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.