banner
banner

Gündəm

Sabir Rüstəmxanlı 71 yaşını Almaniyada tamamladı

Sabir Rüstəmxanlı 71 yaşını Almaniyada tamamladı

Bu gün Azərbaycanın xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlının 71 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya elmləri doktorudur. Azərbaycanın xalq şairidir. «Şöhrət» ordeni ilə təltif edilib. Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. 30-dan çox kitabın müəllifidir, onlardan 10-u xarici ölkələrdə çap edilib. Rus və fars dillərini bilir.

1967-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyasında kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, xüsusi müxbir, 1978-ci ildən «Yazıçı» nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989–1991-ci illərdə «Azərbaycan» qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992–1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb.

1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.

Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub.

2003-cü il prezident seçkilərində namizəd kimi iştirak edib.

Onun «Ömür kitabı» adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli-azadlıq hərəkatının mənəvi təməllərindən biri olub. «Tanımaq istəsən», «Xəbər gözləyirəm», «Gəncə qapısı», «Sağ ol, ana dilim!», «Qan yaddaşı», «Zaman məndən keçir» və sair kimi şer kitablarının, «Bütövlük», «Didərginlər», «Cavad xan», «Orxonla görüş» poemaların, «Bu sənin xalqındır» publisistik yazılarından ibarət əsərin, «Atamın ruhu», «Xətai yurdu», «Göy Tanrı», «Ölüm yaşamaqdan şirinmiş (Cavad xan)» romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.

S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan «Azərbaycan»ı təsis edib, iki il onun baş redaktoru olub.

Evlidir, iki oğlu, iki qızı var.

Modern.az saytı Sabir Rüstəmxanlıdan ad günü təəsüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb.

Lakin hazırda Almaniyada səfərdə olduğunu bildirən xalq şairi danışmaq imkanın məhdudluğunu əsas gətirərək, onu təbrik edən, ad gününü xatırlayan insanlara qısaca təşəkkürünü çatdırıbr.

O, ad gününü təmtəraqlı şəkildə qeyd etməyəcəyini deyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.