banner
banner

Sosİal

Siqaret çəkmək irsi imiş?

Siqaret çəkmək irsi imiş?

İspan alimləri müəyyən ediblər ki, siqaret çəkmək irsən keçməklə yanaşı, həm də vərdişdir.

Siqaret çəkmək bir çox ailələrdə atadan oğula, anadan isə qıza irsi keçir. Santyaqo-de-Kompostel Universitetinin alimləri nikotindən asılılığın valideyndən uşağa keçməsini tədqiq ediblər.

Siqaret elə ilk qullabdan insan orqanizminə çox zərərli təsir göstərir. Əvvəllər ekspertlər başqa cür düşünmürdülər: siqaret çəkmə orqanizmə bir neçə ildən sonra pis təsir göstərir. Əgər insan bir neçə dəqiqə siqaret çəkirsə, onun orqanizmində genetikanı pozan və xərçəng şişlərinin yaranmasına səbəb olan maddələr əmələ gəlir. Alimlər 12 könüllü üzərində eksperiment aparıblar. Onların qanında DNT-ni dağıdan polisiklik rayihəli karbohidrogenlərin (PRK) miqdarı yoxlanılıb. Bu zərərli maddələr insan orqanizminə tütün tüstüsü ilə daxil olur. Bir siqaretdən 15-30 dəqiqə sonra qanın tərkibində bu maddələrin səviyyəsi çox yüksək olur.

Tədqiqatın müəllifi, Minnesot Universitetinin professoru Stiven Xext deyib: “Bizim məruzənin ən dəhşətli tərəfi budur ki, xərçəngin yaranma ehtimalı 30 ildən sonra deyil, artıq birinci siqaretdən sonra yaranır".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.