banner
banner

Hərbİ

Müdafiə Nazirliyində BQXK ilə birgə təlim

Müdafiə Nazirliyində BQXK ilə birgə təlim

Müdafiə Nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi arasında 2017-ci il üçün əməkdaşlıq fəaliyyəti çərçivəsində bu gün  beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən cia.az-a verilən məlumata görə, seminarın məqsədi iştirakçıları müharibə gedən ölkələrdə müvafiq qanunvericilik və normalarla tanış etmək, eyni zamanda, hərbi əməliyyatlar zamanı davranış, mülki əhalinin təhlükəsizliyi, yaralı və xəstələrin beynəlxalq hüquq normaları çərçivəsində qorunması, hərbi münaqişədən zərər çəkmiş dinc sakinlərə dəstək vermək və onların qarşılaşdığı mövcud problemlərin həlli barədə fikir mübadiləsinin aparılmasından ibarət olub.

Tədbirdə BQXK ilə Azərbaycan hökuməti, eləcə də Müdafiə Nazirliyi arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, qurumun cəbhəboyu zonada həyata keçirdiyi layihələr, onların icra mexanizmləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.